Fransa Liqa-1-də VII tur davam edir.
MillətinSəsi.info xəbər verir ki, tur çərçivəsində PSJ öz meydanında “Brest”lə qarşılaşıb.
Görüş parislilərin minimalhesablı qələbəsi ilə başa çatıb.
Matçın 30-cu dəqiqəsində Neymar Messinin ötürməsini məntiqi sonluğa çatdırıb.
Bu qələbə ilə xallarının sayını 19-a çatdıran PSJ turnir cədvəlində liderdir.