“Neftçi”dən əzmkar QƏLƏBƏ - VİDEO

 10-09-2022

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Neftçi” Qəbələdə eyniadlı komandanın qonağı olub.

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Neftçi” liderliyə yüksəlib. 9 xalı olan “Qəbələ” isə 5-ci sırada qalıb.

Günün ikinci oyununda “Səbail” “Zirə”ni qəbul edəcək.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Bənzər yazılar

0.21405601501465