Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub.
Report.az xəbər verir ki, bu vəzifə Nicat Mirzəzadəyə tapşırılıb.
Qeyd edək ki, Nicat Qəriboğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2014-2021-ci illərdə C.Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə gənc yazar kimi Prezident təqaüdünə (2020), Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Ümid" mükafatına (2022), eləcə də teatr sahəsində uğurlu fəaliyyətinə görə Prezident mükafatına (2023-2024) layiq görülüb.