Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Hərəkat üzvü Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 2 ay həbs edilib.
O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, Ə.Nuruzadə 7 il həbsdə olub. O, 20 gün əvvəl azadlığa buraxılmışdı.