Azərbaycanda ən yüksək və ən aşağı əmək haqqı bu sahələrdə verilir – Siyahı

 15-10-2024

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997,1 manat təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 745,5 manat, qeyri neft-qaz sektorunda 946,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,7 manat, özəl müəssisələrdə isə 1 042,8 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 587,2 manat, ən aşağı əmək haqqı isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 600,8 manat.

2024-cü ilin yanvar-avqust aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:


Elnur Əli

Bənzər yazılar

0.099915981292725