Məktəbdə meyiti tapılan gözətçinin ölüm SƏBƏBİ məlum oldu

 14-10-2024

Xəbər verildiyi kimi Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə ölüm hadisəsi qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını öyrənib. Saytımızın əldə etdiyi məlumata görə 62 yaşlı gözətçi ürək xəstəsi olub.

Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib. 

Bənzər yazılar

0.10496616363525