Sosial şəbəkələrdə Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.
“Qafqazinfo.az” xəbər verir ki, görüntülərin 2 gün əvvəl Biləcəri qəsəbəsində lentə alındığı və oradakı zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi bildirilib.
Əldə etdiyimiz məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə “Mars-A” şirkətinə məxsus zavodda baş verib.
Hadisənin görüntülərini təqdim edirik: