DSMF 25 ədəd “Hyundai” alır – 1,3 milyon manat ödəniləcək

 08-10-2024

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 1 milyon 275 min manat 1 qəpik olan tender müsabiqələrinin qalibi “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) olub.

Tenderin şərtlərinə görə, “Auto Azərbaycan” MMC DSMF-yə 25 ədəd avtomobil satacaq. Açıqlanan məlumatlarda göstərilir ki, satın alınacaq avtomobilin istehsal ili 2024-cü il olmalıdır. 

Açıqlanan rəsmi məlumatlar göstərir ki, DSMF 1 ədəd avtomobil üçün 51 min 221 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.

Onu da qeyd edək ki, “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.

Murad Məmmədov

Bənzər yazılar

0.058740854263306