Bakıda "Zülfi Ustanın" obyektində siçovul sərgüzəştləri

 05-10-2024

Bakıda pirojki satılan yerdə vətəndaşlar iyrənc mənzərə ilə qarşılaşıblar.

Belə ki, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən "Zülfi Ustanın" obyektində bişirilib satılan qidaların üzərində   anlar aşkarlanıb. Belə ki, ticarət obyektinə daxil olan siçovul pirojkini yeyərkən görüntülənib.

Bu barədə görüntülər sosial şəbəkələrdə də yayılıb.

Dönərxanada çalışanlar isə "bütün mətbəxlərdə siçan olur" deyərək vəziyyəti inkar ediblər.

Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

Ətraflı Real TV-nin süjetində:

Bənzər yazılar

0.12417697906494