Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında kişi sərnişin qatar yoluna düşüb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.
O bildirib ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib:
“Maşinist dərhal qatarı saxlayıb, normativ tələblərə uyğun olaraq yoldan yüksək gərginlik çıxarılıb.
Sərnişin stansiya yolundan çıxarılsa da, onun vəfat etdiyi məlum olub.
Hadisəyə görə qatarların hərəkətində 17 dəqiqə yubanma olub. Artıq hərəkət bərpa olunub”.