2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi

 30-09-2024

Göygöldə 2 yaşlı uşağa müxtəlifdərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb.

Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.

Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Bənzər yazılar

0.10433411598206