Zərdab rayon icra hakimiyyətinin başçı Mərdan Camalov haqqında ŞOK İDDİALAR

 28-03-2022

2005-2019-cu illərdə Şirvan Şəhər İcra Hakimiyyətində başçı olan, 2019-cu ildən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Mərdan Camalovun əməlləri barədə mediada kifayət qədər yazılıb.

Mərdan Camalov yazılan tənqiddən nəticə çıxartmaq, işində dönüş yaratmaq əvəzinə mediaya hədə-qorxu gəlməyə, məhkəmə ilə susdurmağa üstünlük verib. İndi görək, özündən razı olan, müstəqil medianı susdurmaq istəyən Mərdan Camalov kimdir?

Müdriklər deyir ki, dostunu göstər sənin kim olduğunu deyim. Bu ifadəni “Yaxın ətrafını, çevrəni göstər sənin kim olduğunu deyim” kimi də anlamaq olar.

Mərdan Camalovun çevrəsində olan ən yaxın və doğma adamı dayısı Balamirzə müəllimdir. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Balamirzə Məmmədov həm də bacısı oğlu Mərdanla bacanaqdır. Yəni Mərdan Camalov dayısının baldızı ilə ailə həyatı qurub.

Hörmətli Balamirzə müəllim bizim yaxın dostumuzdur, ona böyük hörmətimiz var. Mərdan Camalov ictimai fiqur olduğu üçün onun haqqında bütün məlumatları dərc etmək olar.

İndi özünüz təsəvvür edin ki, əgər dayı ilə bacıoğlu bacanaqdırsa...arxasını özünüz düşünüb nəticə çıxardın. Həmin bu kollec direktoru Balamirzə müəllimin oğlu Vüsal isə Nəsimi rayonunda hərbi komissardır.

Şirvan camaatı deyir ki, Balamirzə müəllim Humnaitar kollecin ərazisinin xeyli hissəsini müxtəlif dərman depolarına, apteklərinə satıb, özünün də xeyli sayda dərman deposu var. Oğlu Vüsal da Nəsimidə “neqodnu” məsələsi ilə məşğul olur.

İndi Mərdan Camalovun digər yaxın çevrəsinə nəzər salaq.

Mərdan Camalovun balaca qardaşı Kamili tanıyanlar bilir ki, günün bütün vaxtı damağında “siqara” çəkə-çəkə o yana gedir, bu yana gedir. Bunu bir saxlayıb deyən yoxdur ki, bu nədir çəkirsən..?

Şirvan camaatı deyir ki, Mərdan Camalovun qohumu Əmiş də Şirvanda narkotik paylamaqla məşğuldur, barondur.
Hətta Əmişin arvadı da “mal” satmaqla məşğuldur.

İndi görürsünüzmü, medianı məhkəmə ilə hədələyən Mərdan Camalov hansı bataqlığın içərisindədir. Bu hələ harasıdır?

Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər killerliklə məşğul olub. Bu məsələyə qayıdacağıq.

Bəli, Mərdan Camalovun dayısı Pirverdi Məmmədov əvvəl rayonda yağ zavodunun direktoru olub, sonra qohumu mərhum nazir Yavər Camalovun sayəsində xeyli müddət Bakı neft şirkətlərində qaraj müdiri işləyib.

Bəli, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər Məmmədov baron Teyyub Tağıyevi güllələdiyi üçün həbs olunub və hazırda 9 saylı həbsxanada məhbus həyatı yaşayır.

Yeri gəlmişkən, Azər Məmmədov özü də vaxtilə DİN-in əməkdaşı olub. Və bu Azər Məmmədovun ilk cinayəti deyil. O, bir neçə dəfə müxtəlif şəxsləri güllələyib. Azər Məmmədov qohumu Mərdan Camalova arxayın olaraq sahibkarlardan zorla pul tələb edirmiş, yəni reketlik məsələsinə baxırmış.

İndi görürsünüzmü, dayısı ilə bacanaq olan Mərdan Camalovun yaxın çevrəsi hansı durumdadır ?

Belə birisinin icra başçısı olması fəlakətdir.

Bəli, Mərdan Camalovun qohumları rayonda reketlik edirlər. Özü isə...

Bir neçə fakta nəzər salaq.

Vaxtilə leytenant İbrahimov küçəsində uşaq bağçası var idi. Mərdan Camalov oranı özəlləşdirərək “bahalı xidmətlər” obyektinə icarəyə verib. Təsəvvür edirsiniz, uşaq bağçası və gecə....

Yeri gəlmişkən, Mərdan Camalov Şirvandakı Makaron zavodunu da özəlləşdirərək Şirvan Apelyasiya Məhkəməsinə icarəyə verib.

Heydər Əliyev parkındakı Uşaq əyləncə mərkəzi, kafe və çayxanalar hamısı hər ay Mərdan Camalova icarə pulu verir.

Sözün qısası, Şirvan camaatı deyir ki, şəhərin yarısı Mərdan Camalovun şəxsi mülküdir.

Mərdan Camalov hətta köhnə parkın abadlaşdırılması üçün dövlətin ayırdığı vəsaiti mənimsəyib Zərdaba getmişdir. Şirvanın yeni icra başçısı gələn kimi pulu geri tələb etdi....

Mərdan Camalovun yaxın çevrəsinə “Naves Vidadi” deyilən şəxs də daxildir.

Bu adam “Naves” adlı kafenin sahibidir. Yuxarıda qeyd etdiyimiz güllələnmə hadisəsi də “Naves Vidadi”nin obyektində olub. “Naves Vidadi” özü də rayonda xırda “razborka”lara baxır. Məsələn, ər-arvad davası olanda “Naves Vidadi” araya girib barışıq əldə olunması üçün vasitəçilik edir. Kimin kiməsə borcu, alacağı varsa, “Naves” məsələni çözür.

Onu da qeyd edək ki, Mərdan Camalovun çevrəsində olan “Naves Viadadi”nin oğlu Rəsul hazırda Şirvan Məşğulluq Xidmətində şöbə müdiridir.

Və “Naves Vidadi” kimi deyirsə onu da Şirvan Məşğulluq Xidmətinə işə götürürlər.

Ümumiyyətlə, Mərdan Camalovun Şirvanda yaratdığı şəbəkənin ucları haralara gedib çıxmır.

Məsələn, vaxtilə “QAİ”-də ad çıxarmış Balakişi Əhmədovun bacısı oğlu, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin istismar üzrə müavini Cahid Hüseynovun da Şirvan bölgəsində Mərdan Camalovla xeyli sayda şərikli “parnikləri” var.

Balakişi Əhmədov da “yollar”dan yığıdığı milyonları parnik və mal-qara biznesinə yatırıb.

Ona görə də Şirvan bölgəsində ən böyük qaz itkisi baş verir.

İndi görək, Mərdan Camalov yeni təyin olunduğu Zərdabda hansı əməlləri törədir ?

Deməli, daxil olan son məlumata görə, Mərdan Camalov Zərdabda 2 min hektar ərazidə yerləşən camışçılıq fermasını satıb. Hələ üstəlik fermanın torpaq sahəsini də satıb. Sonra da deyirsiniz ki, niyə camış qaymağı tapılmır.

Belə getsə, dayısı ilə bacanaq olan Mərdan Camalov kimilərin əməllərindən ölkədə nəinki camış qaymağı, heç şor da tapılmayacaq.

Bir icra başçısının qohumları Əmiş ola, killer ola, narkotik sata ondan nə gözləmək olar..?

Əgər bu yazılanlara yuxarılar inanmırlarsa növbəti yazımızda Şirvanlıların video müraciətini geniş formatda dərc edəcəyik. Bizi izləsinlər. Xatırladaq ki, yazıda müxtəlif saytların və Şirvanın canlı şahidlərinin məlumatlarından istifadə olunmuşdur.

P.S. Hörmətli Mərdan Camalov, deyirmişsən ki, baldızımın oğlu Vüsal Nəsimi rayonunda işləyir və Nəsimi rayon məhkəməsinin sədri İlham Cəfərova köməklik edib. Vüsal nə desə İlham Cəfərov onu da edəcək. Bir yerdə yeyib içirlər. Biz isə öz növbəmizdə sənə deyirik ki, hörmətli Mərdan Camalov sənin pulun çox ola bilər, Ramiz Mehdiyev kimi day-dayın ola bilər, amma sənin bizi üstələməyin nə boyun, nə rəngin, nə də çəkin razmerindədir. Rəng demişkən, bir sual verərdim Mərdan Camalov niyə belə qara rəngdəsiniz?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə gundelik-baku.com

Bənzər yazılar

0.19705700874329