Övladlarına şəhidlik statusunun verilməsini TƏLƏB EDİRLƏR

 07-09-2022

Övladlarını hərbi xidmətdə olarkən itirən bir qrup valideyn Prezident Administrasiyası binasının qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Aksiya iştirakçıları hərbi xidmət zamanı həyatını itirən övladlarına şəhidlik statusu verilməsini tələb ediblər.

Onlar bildiriblər ki Administrasiyanın qarşısına gəlməklərində məqsədləri qəbula yazılmaqdır.

Aksiya iştirakçılarının tələblərini dinləyən Administrasiya və polis əməkdaşları onlara bildiriblər ki, qəbula yazılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət etsinlər.

Bənzər yazılar

0.17901015281677