Naxçıvanda daha beş vəzifəli şəxs işdən çıxarıldı

 25-09-2024

Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bir sıra əməkdaşları işdən azad olunublar.

APA.az  xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri Məmməd Kərəm oğlu Məmmədov, Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Təbriz Eyvaz oğlu Zeynalov, Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Üzeyir Səyyad oğlu Məmmədov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəhla Hüseyn qızı Əhmədova, Dövlət Sosial Müdafiə Fondunun Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Rafiq Novruz oğlu Novruzov vəzifələrindən çıxarılıblar.

Buna səbəb həmin şəxslərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkidə deputat seçilmələridir.

Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinə keçirilən seçkidə deputat seçilən altı məktəbin direktorları və Muxtar Respublikanın Nazirlər Kabinetinin sektor müdiri Mübariz Bayramov vəzifəsindən azad edilib.

 

Bənzər yazılar

0.061814069747925