İlk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education”a (THE) daxil olub.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində THE tərəfindən dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb.
“İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.
Bakı Dövlət Universiteti 2021-ci ildən etibarən ardıcıl olaraq 4-cü dəfədir ki, bu reytinqdə yer alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə ilk dəfədir ki, sözügedən qlobal reytinqə daxil olub”.
Qeyd olunub ki, metodologiyasına əsasən elmi-tədqiqat yönümlü universitetlərin fəaliyyəti 18 meyar üzrə qiymətləndirilir.