1970-ci illərdə Bakıda baş vermiş ailə faciəsi bu gün də eşidənləri şoka salır. Nina Bərbərovanın qızı ilə zooparkdan himayəyə götürdükləri xəstə və yaralı şir balası onların həyatı dönməz şəkildə dəyişib. Xəstə şir balasını duyğusallıqdan övladlığa götürən Bərbərovlar ailəsi dəhşətli faciə ilə tarixdə iz qoyub. Ailənin başına gələn faciəni təqdim edirik.
Lev Lvoviç Bərbərov, həyat yoldaşı Nina və iki uşağı Bakıda 100 kvadratmetrlik geniş mənzildə yaşayırdılar. Lev memar işləsə də, bütün həyatı boyu vəhşi heyvanlarla maraqlanırdı. Zooparkdan himayəyə götürdükləri şir Bərbərovlara əvvəlcə şan-şöhrət və pul gətirdi. Ailə bu hekayənin xoşbəxt sonluqla bitəcəyini düşünsə də, faciəvi hadisə ilə bütün həyatları dəyişdi.
Nina Bərbərova və qızı Eva zooparkda gəzərkən anası tərəfindən tərk edilmiş xəstə aslan balasını görüblər. Zoopark direktorunun icazəsi ilə ailə aslanı öz mənzilinə gətirərək adını Kral qoyub. Qısa müddətdə Kral aslan ev heyvanına çevrildi və ailə üzvləri tərəfindən sevildi.
Bərbərovlar ailəsi uşaqları və vəhşi aslanla birlikdə 100 kvadratmetrlik sovet mənzilində yaşamağa başladılar. Qonşuları şikayət ediblər ki, onlar bir aslanla eyni yerdə narazıdırlar, daim qorxu və narahatlıq içində yaşayırlar.
Çox qısa müddətdə xarici mətbuatda Kral adlı aslanla maraqlanmağa başladı. Onun haqqında çoxlu yazılar yazılıb, çoxlu televiziya proqramları hazırlanıb. O, "Hətta Kral”, "Şir evdən getdi”, "Bir uşaq, bir qız və bir şir”, "İtalyanların Rusiyada inanılmaz macəraları” kimi bir çox filmlərdə rol alıb.
Çəkiliş zamanı nəzarətsiz qalan şir yoldan keçənə hücum edərək onu öldürüb. Bu hadisəyə görə şiri də öldürüblər. Kralın ölümü bütün ailədə, xüsusən də övladları Eva və Romada psixoloji sarsıntıya səbəb oldu.
Moskvanın tanınmış varlı adamları pul yığaraq ailəyə yeni bir aslan balasını hədiyyə etdilər. Lakin yeni şir çəkiliş zamanı rejissora hücum edərək onun ağır xəsarət almasına səbəb olub.
24 noyabr 1980-ci ildə Nina Bərbərov ikinci Kral adlı şir üçün yemək hazırlayarkən qəfildən onun hücumuna məruz qalır. Anasını xilas etməyə gələn 14 yaşlı oğlu Roma şir tərəfindən parçalanaraq öldürülür. Hadisə yerinə gələn polis qrupları Kral Aslanı vuraraq öldürmək məcburiyyətində qalır./Lent.az