"Polad Yol Yapı" şirkəti işçilərini əlavə məcburi əməyə CƏLB EDİR? - İDDİA

 07-09-2022

Tovuz və Qazax rayonlarında yol tikintisi işi ilə məşğul olan "Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti"nin bir qrup işçisi əməklərinin istismar olduğundan şikayətçidirlər.

İşçilər iş qrafikindən artıq məcburi əməyə cəlb edildiklərini iddia edirlər.

Söhbət "Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti"nin ("Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.") yol tikintisi işi ilə məşğul olan nümayəndəliyindən gedir.

Şirkətin Tovuz və Qazax rayonları ərazisindəki düşərgələrindən birində dəmir toxumaqla məşğul olan bir qrup işçi onların 8 saatdan çox əməyə cəlb edildiyini və artıq işlədikləri saatlar üçün əlavə vəsait almadıqlarını bildirirlər.

Əmək Məcəlləsində isə göstərilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün saatlıq tarif maaşının ikiqat məbləğindən aşağı olmamaqla pul ödənilməlidir.

Məsələ ilə bağlı qarşı tərəfində münasibətin öyrənməyə çalışsaq da, bu mümkün olmayıb. Adı çəkilən "Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti"nin məsul şəxslərinin də münasibətin ictimailəşdirməyə hazırıq.

Azər Mətin

MillətinSəsi.İnfo

Bənzər yazılar

0.20849919319153