Paytaxt Bakının tıxacları artıq insanların gündəlik həyat tərzinə çevrilir.
Bu dəfə 8 Noyabr prospektindən çəkilən görüntülər maraq doğurub.
Belə ki, yolun tıxanması və xeyli müddət durğun olması səbəbindən insanlar müəyyən məsafəni piyada getməyə üstünlük veriblər.
Prospektin boş görünməsi və insanların belə "çıxış yolu" seçməsi diqqət çəkib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Bakının əsas prospektlərindən biri qısa müddətə bağlanıb.
Qeyd edilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.