"Bütün müsəlmanlar qardaşdırlar və niyə onlar islam ölkələrinə rahat səfər etməsinlər?"
Ölkə.az-ın "Azad İran" "Telegram" kanalına istinadən xəbərinə görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bu gün baş tutan ilk mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bütün müsəlmanlar qardaşdırlar. Həmçinin, islam ölkələri arasında sərhədlərin olmasını qınayıb.
İran prezidentinin sözlərinə görə, müsəlman ölkələri öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirməli və bölgədə böyük bir güc olmalıdırlar.
Məsud Pezeşkian vurğulayıb ki, islam ölkələrindəki müharibələri, döyüşləri bir kənara qoymaq lazımdır.