Mingəçevirdə yarımstansiyada yanğın: 13 min abunəçi işıqsız qaldı

 05-03-2022

Dünən Mingəçevir şəhərində gün ərzində əsən güclü külək elektrik yarımstansiyasında qəza və yanğına səbəb olub.

MillətinSəsi.info Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında 110 kilovoltluq elektrik yarımstansiyasında qeydə alınıb. Qəza nəticəsində şəhərin 13 min abunəçisi işıqsız qalıb.

Hələ də şəhərin əksər mərkəzi küçələrinə elektrik enerjisi verilməyib.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda ərazidə qəza bərpa işləri davam etdirilir.

Bənzər yazılar

0.21286416053772