Azərbaycan Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində Türkiyə və İsraillə yeni silahların alınmasına dair müqavilələr imzalayacaq.
Bunu “APA-Economics”ə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
O bildirib ki, Azərbaycan həm Türkiyə, həm də İsrail şirkətləri ilə əməkdaşlığı davam etdirir: “Türkiyə ilə birgə elə silahlar üzərində işləyirik ki, 10-15 il sonra üçün nəzərdə tutulub. Yəni biz gələcəyə baxırıq. Hətta 20 il qabağa baxırıq. Bu dövlət başçısının tapşırığıdır”.
“Azərbaycanın istehsal etdiyi silahlar, hərbi texnikalar 44 günlük Vətən müharibəsi zamanı sınaqdan uğurla keçdi”.
Müdafiə sənayesi naziri Mədət Quliyev qeyd edib ki, hazırda ölkəmiz hərbi-sənaye sahəsində 50-dən çox tanınmış firma ilə əməkdaşlıq edir.
Mədət Quliyevin sözlərinə görə, Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanın istehsal etdiyi silahlara böyük tələbat yaranıb.
“Biz artıq ABŞ-ada silah satırıq”, - deyə nazir qeyd edib.
Azərbaycanın hərbi-sənaye kompleksinin gücü sentyabrın 8-ə qədər davam edəcək müasir silah və texnika sərgisi olan “ADEX”də nümayiş olunur.
Mövzu ilə bağlı süjeti təqdim edirik: