Gürcüstan parlamentinin 10-cu çağırış deputatları iki qanunun yekun oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına toplaşacaqlar.
“Ölkə.az” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
“Plenar iclasda iki qanuna - “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ var və ona görə də plenar iclas üçün bizə bir gün – sentyabrın 17-si lazım gələcək və bununla da işi yekunlaşdıracağıq”, - o deyib.
Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.
Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 4-də ikinci oxunuşda ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini qəbul edib.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.