Sisianovdan Bakıda necə qisas alındı?

 03-09-2024

Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran Pavel Sisianov Bakı üçün Gəncə faciəsindən də qəddar bir plan hazırlamışdır. Bu planda şəhərin bombardman edilməsi və onun "külə çevrilməsi" nəzərdə tutulurdu. O, Bakıya hücum edən zaman Hüseynqulu xana aşağıdakı məzmunda məktub göndərir:

“Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən. ."

Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini və Sisianovla görüşmək, şəhərin açarlarını ona təqdim etmək niyyətində olduğunu bildirdi. 1806-cı il fevralın 8-də Hüseynqulu xan şəhərin açarlarını Sisianova təqdim etmək üçün şəhərdən çıxır.

Polkovnik-leytenant knyaz Elizbar Eristov və bir kazakın müşayiəti ilə Sisianov qala divarlarına tərəf getdi. Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim-bəy tapançadan qəfil atəş açaraq Sisanovu öldürdü. Hüseynqulu xan onun meyidinə baxım "səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım."

Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında* qızıla İran şahına satıldı ...

Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəslir, başı isə Fətəli şah Qacara təhvil verilib. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam...” sözlərinə belə cavab verdi. Onun başını və əllərini kəsib, bədənin doğram doğram elədi.

Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı. Bəzi mənbələr sonradan başın ruslar tərəfindən geri alınmasını da yazırlar.

Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.

Sisianovun qəbrinə ta 1811-ci ilədək dəyib-toxunan olmur. Yalnız həmin ilin axırında Qafqazın yeni baş komandanı Markiz Pauluççi Sisianovun sümüklərini Tiflisə apartdırıb Sion kilsəsində dəfn etdirir.

Dosent Zaur Əliyev

Bənzər yazılar

0.15051198005676