Ukraynalı hərbi ekspert: Kiyev Moskvanın şərtinə razı olacaq

 03-09-2024

Ruslar əmindirlər ki, əgər onlar Donetsk vilayətində Pokrovskda nəzarəti ələ keçirə bilsələr, o zaman Ukrayna danışıqlara və münaqişənin dondurulmasına razı olacaq.

Ölkə.Az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yevgeni Dikiy "Kanal 24"ə açıqlamasında deyib .

“Ruslar bu müharibəni strateji şəkildə aparırlar, rusların əsas məqsədi var. Bu, müharibədə qələbə əldə etməkdir. Bu  strateji məqsəd naminə çoxlu qurbanlar verməyə hazırdırlar”, -ekspert qeyd edib. 

Ekspertin  sözlərinə görə,  Kiyev Kurskda qarşısına qoyduğu məsədlərə nail ola bilmədi. "Ruslar, əksinə Donbasda hücumu daha  da  sürətləndirdilər. Onların hesablamaların hesablamalaırna görə,  Kursk bölgəsində baş verənləri tamamilə minimuma endirmək üçün Donbassdakı hücumlarını maksimuma çatdırmaqdır”, - ekspert qeyd edir.

O eyni zamanda əlavə edib ki,  rusların hesablamalarına görə, Donbasda  Pokrovskın  zəbt edilməsi  çox möhtəşəm qələbə kimi təqdim oluna bilər: "Bundan sonra ukraynalılar tam ümidsizliyə qapılacaq və rusların  hücumunun  dayandırmağın mümkün olmadığını etiraf edəcəklər.

Deyiləcək ki, hətta Kursk bölgəsinə daxil olmaq belə bu hücumu dayandırmadı və buna görə də biz razılığa gəlməliyik, münaqişəni dondurmalıyıq. Bu isə çox risklidir. Donbasdakı hücumlarından sonra ilk "sınan" tərəf Ukrayna  tərəfi olacaq. Pokrovsk şəhərinin itirilməsindən sonra sonra  münaqişənin dondurulmasına razı olacağıq”,-  Dikiy qeyd edib.
Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062073945999146