Rus səfiri İran XİN-ə çağrıldı

 03-09-2024

İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinədir.

Ölkə.Az İRNA-ya istinadən xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov bazar ertəsi axşam saatlarında İran XİN-ə çağırılıb. 

Bu barədə məlumat verən İran XİN-in xarici siyasət qrupunun rəsmisi Müctəba Dəmirçilu bildirib ki,  İranın xarici işlər nazirinin müavini və Avrasiya məsələləri üzrə baş direktoru Tehranın regional sülh və sabitliyə dəstəyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu vurğulanıb.
Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat, onların fikrincə, davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşdıqlarını qeyd ediblər.
Görüşdə həmçinin Cənubi Qafqazın üç ölkəsi olan Azərbaycan,  Ermənistan və Gürcüstan , həmçinin Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 məşvərətçi formatının qarşıdakı görüşü müzakirə olunub. Format regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini nəzərdən keçirir.

Qeyd edək ki, son günlər Moskvanın Ermənistan ərazisindən keçməklə Bakını Naxçıvanla birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Rusiyanın Tehrandakı səfirini görüşə çağırması barədə mətbuatda məlumat yayılıb.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.063558101654053