Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirilib.
“Qafqazinfo.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlama verib.
O, iddiaları əsassız adlandırıb: “Müsabiqə müddətində heç bir dini və ya cinsi ayrıseçkilik edilmir. Bu cür iddialar bütün MİQ üzrə müsahibələrdən sonra olur. Narazılıqlar həmişə var və olacaq. Biz dini, cinsi ayrıseçkiliyə qarşıyıq”.