600-dən çox bal toplayan iki nəfər universitetə qəbul olmayıb

 26-08-2024

“İki nəfər 600-dən çox bal toplayan şəxs ali təhsil müəssisələrinə qəbul olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer - Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: “Yanaşı başqa seçim etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməmişdi. Bu il yeddi mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib. Universitetlərə qəbul üçün ərizə verən 93 min məzunun əksəriyyəti məktəbi bu il bitirib. Subbakalvrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar.

Bu, ötənilki göstəricidən 695 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub",- deyə M.Abbaszadə qeyd edib.

DİM sədri qeyd edib ki, Qarabağ Universitetinə qəbul olan tələbələrin 3,81 faizi Naxçıvandan, 6.8 faizi Sumqayıtdan, 16 faizi Gəncə, Şəmkir, Qazax rayonlarındandırlar:  "Qarabağ Universitetinə qəbul olunanların 16 faizi Bakı sakinləridir. Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.29%).

Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub".

 

Bənzər yazılar

0.11061406135559