Vuçiç: Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq

 25-08-2024

Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq.

"Ölkə.az" xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısının sözlərinə görə, Serbiya həm daxili müxalifət, həm də xarici qüvvələr tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün kifayət qədər yetkindir.

Vuçiç bildirib ki, xaricdən müxalif QHT-lərə və kütləvi informasiya vasitələrinə yüz milyonlarla, hətta milyardlarla avro axır.

O, Rusiyanın onun hakimiyyətini dəstəkləməsi ilə bağlı ittihamları rədd edib.

“Mən başqasının agenti deyiləm və başqalarından fərqli olaraq, heç kim məni kənardan maliyyələşdirmir”, - Serbiya lideri vurğulayıb.

Bənzər yazılar

0.064680814743042