Banqladeşdəki daşqınlardan milyonlarla insan zərər çəkib

 23-08-2024

Banqladeşdə son üç gündə mövsümi yağışlar və daşqınlar azı 13 nəfərin həyatına son qoyub.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

"Bütün ölkə üzrə 4.5 milyon insan daşqınlarda zərər çəkib, 13 nəfər ölüb", - deyə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölümün əsas səbəbləri arasında boğulma, elektrik cərəyanı və ya ağacların yıxılması daxildir. Xilasedicilər təcili yardım göstərmək üçün 190 minə yaxın insanı müvəqqəti sığınacaqlara çatdırıblar.

Ümumilikdə, ölkənin 64 rayonundan 11-i daşqınlardan zərər çəkir. Ən çox zərər çəkmiş şəhər Çittaqonqdan 100 km şimal-qərbdə yerləşən Feni şəhəri olub.

Bənzər yazılar

0.065855979919434