Azərbaycanda dələduzluqla bağlı cinayətlərin sayı kəskin artıb

 21-08-2024

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 min 106 nəfər müxtəlif hüquqpozmalara görə axtarışda olub.

Yeniavaz.com açıqalnan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisdə axtarışda olan şəxslərin sayı 14% və ya 988 nəfər artıb.

Müqayisə üçün onu da bildirək ki, 13 il əvvəl – 2010-cu ildə axtarışda olan şəxslərin sayı 3 min 663 nəfər olub.

Cinayət növləri üzrə axtarışda olan şəxslər arasında sayca ilk sırda dələduzluqda ittiham olunanlar yer alır. Bu ilin əvvəlinə olan məlumata görə 2 min 311 nəfər dələduzluğa görə axtarışda olub. Onların sayı 2020-ci ildə 428 nəfər olub. Son bir ildə isə onların sayı 38,5% artıb.

Bunlardan başqa ötən il dəlduzluğa görə axtarışda olan 1 973 nəfər müəyyən edilib. Dələduzluğa görə saxlanılan şəxslərin də sayı son illər kəskin artıb. Belə ki, 2020-ci ildə axtarışda cəmi 249 nəfər dələduzluğa görə saxlanılıb.

Qeydə alınan cinayətlər arasında da dələduzluq hallarının sayı kəskin artıb.

Qeyd edək ki, Azərbaycanda cinayət növləri arasında ən çox yayılan narkotik vasitələrlə bağlı cinayətlərdir. İkinci yerdə oğurluq, üçüncü yerdə isə dələduzluq dayanır. 2010-cu illə müqayisədə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 3,2 dəfə, oğurluqla bağlı cinayətlərin sayı 80%, dələduzluqla bağlı cinayətlərin sayı isə 4,7 dəfə artıb.

Onu da bildirək ki 2010-2023-cü illərdə qadınlar tərəfindən törədilən dələduzluq halları 3,8 dəfə, uşaqlar (14-17 yaş) tərəfindən törədilən dələduzluq halları isə 4,4 dəfə artıb.

Bənzər yazılar

0.094661951065063