Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək: "Orada 54 seçi məntəqəsi fəaliyyət göstərəcək. Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər. İndiyə qədər 39 qurumdan 46 ölkənin vətəndaşları müşahidəçi kimi qeydə alınıblar".
Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin sayı 321, yerli müşahidəçilərin sayı isə 93 min 964 nəfərdir.
"Onlardan 88 min 105 nəfər DSK-larda, 5 min 859 nəfər isə MSK-da qeydiyyatdan keçib", - deyə o bildirib.