Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 3 min 905 baş donuz mövcud olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzların 23,6% və ya 1 209 baş azalıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Culfa, Şərur, Abşeron və Kürdəmir rayonlarında 100% azalıb.
Ən böyük artım isə Siyəzən və Goranboy rayonlarnda qeydə alınıb. Son bir ildə Goranboyda donuzların sayı 25, Siyəzəndə isə 10 dəfə artıb.
Məlumat üçün onu da bildirək ki, son 20 il ərzində Azərbaycanda donuzların sayı 6 dəfəyə yaxın azalıb. 20 il əvvəl – 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.
Son 2 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:
Şəhər və rayonlar | 1 iyul 2024 (baş) |
1 iyul 2023 (baş) |
Bakı ş. | 713 | 1 112 |
Naxçıvan ş. | 250 | 400 |
Culfa r. | - | 400 |
Şərur r. | - | 30 |
Abşeron r. | - | 75 |
Xızı r. | 20 | 3 |
İsmayıllı r. | 202 | 204 |
Gəncə ş. | 32 | 35 |
Goranboy r. | 40 | 4 |
Gədəbəy r. | 85 | 88 |
Siyəzən r. | 25 | - |
Şabran r. | 7 | 7 |
Kürdəmir r. | - | 152 |
Qax r. | 1 668 | 1 615 |
Qəbələ r. | 735 | 768 |
Oğuz r. | 78 | 121 |
Kəlbəcər r. | 50 | 100 |