“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərən “ABC-Telecom” MMC məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, Sərdarova Yeganə Həsən qızı şirkət barəsində məhkəməyə şikayət edib.
Y.Sərdərova məhkəmədə “Kontakt Home” barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın və Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin hüquqi adı “ABC Telecom” MMC-dir. "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru, qanuni təmsilçisi Həsən İsrafilzadədir.