Azərbaycanda metro və taksidən istifadə azaldı  

 15-08-2024

Azərbaycanda bu ilin yanvar-iyul aylarında sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% artıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bu dövrdə nəqliyyatçılar 1131,5 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,9%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Halbuki, ötən ilin yanvar-iyul aylarında sərnişinlərin 87,5%-i avtomobil, 11,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Sərnişinlərin 95%-i avtobus, 5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Beləliklə, ölkədə avtomobil və avtobusdan istifadə artıb, metro və taksidən isə azalıb. 

Bənzər yazılar

0.059485912322998