Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla BAŞA VURUB

 04-09-2022

Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub.

“Report”un xəbərinə görə, Asiman Qurbanlı (+84 kq) Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.

68 kq çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretskaya isə 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub.

5:5 bitən görüşdə qələbə Zaretskayaya verilib.

Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib. Əminağa Quliyev, Asiman Qurbanlı və İrina Zaretskaya qızıl, Tural Ağalarzadə, Turqut Həsənov və Murad Hacızadə bürünc medalla yarışı tamamlayıblar.

Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.

Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Bənzər yazılar

0.2039361000061