Xaricdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadıldı

 12-08-2024

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nda “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilib.

Məsələ ilə bağlı sabiq deputat Şahlar Əsgərov deyib  ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddətinin uzadılması çox əhəmiyyətli məsələdir.

Şahlar Əsgərov vurğulayıb ki, bu proqramdan tək Azərbaycan deyil, eyni zamanda bütün inkişaf etmiş dövlətlər də istifadə edir:
 
"Çin, Yaponiya və eyni zamanda böyük təcrübəyə malik qardaş Türkiyə də bu üsuldan sitifadə edir. Azərbaycanda da sovet dönəmindən bu üsuldan istifadə olunmaqdadır. Həmin illərdə Heydər Əliyev hər il 900 minə yaxın gənci təhsil alması üçün qabaqcıl xarici ali təhsil məktəblərinə gödərirdi. Bu da öz əhəmiyyətini verirdi.

Azərbaycanda nəinki ali təhsil, hətta elmlər namizədi səviyyəsində də ildə ən azı 10-15 nəfər xaricə təhsil almağa gedirdi. Məsələn, onlardan Məhəmməd Nərimanoğlu, Hafiz Paşayev, elə mən özüm də o zaman xaricdə təhsil aldım. Amma bunu bir əmması da var. Dövlət xaricə gedən hər bir gənc haqqında ölçüb-biçilməlidir. Cünki xaricə gedən gəncin müəyyən bir hissəsi kəşfiyyat orqanlarının təsiri altına düşə bilər. Əgər bundan qurtula bilsək, xaricə təhsil üçün nə qədər istəsək tələbə göndərmək olar".
 
Şahlar Əsgərov hazırda texnologiya dövrünün olduğunu xüsusi önə çəkib:
 
"Texnologiya elmin ömündə olan sahələrində gedir. Bu saat da Qərbi Avropa, ABŞ kimi dövlətlər texnologiyada qabaqcıldır. Qabaqcıl texnologiyanı öyrənib Azərbaycana gətirmək üçün bu çox vacib addımdır. Bu baxımdan prezidentin sərəncamını dəstəkləyirəm. Amma hələ gözü tam açılmayan gənclərimiz, dünyanın gedişini qavraya bilməyənlər, hətta 100 nəfərdən biri tələyə düşsə belə, bizim üçün problem yarada bilər. Biz bunu prosesi ağıla-başla keçməliyik".

 

 

Bənzər yazılar

0.12392497062683