İmtahana ayaqqabısında gizlətdiyi qurğu ilə girən şəxs xaric olundu

 11-08-2024

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü il avqustun 11-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti xəbər verir ki, binanın girişində yoxlama zamanı 1 nəfərdə xüsusi ötürücü qurğu aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılır.

DİM-in yaydığı fotoları təqdim edirik:

 

Bənzər yazılar

0.1063768863678