Maşını tapılsa da özü itkin düşən Vətən müharibəsi qazisi həyətdən sürətlə çıxıbmış — DETALLAR

 11-08-2024

Avqustun 9-da Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə ilkin ehtimala görə içərisində bir nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Abusət Xanlar oğlu Əliyevin axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı Abusət Əliyevin idarə etdiyi avtomobilin kanala düşməsinin bəzi detalları məlum olub.

İddialara görə, gecə saat 01:00 radələrində A.Əliyev bu yoldan istifadə edərkən maşın idarəetmədən çıxıb. Avtomobili kanaldan çıxartmaq mümkün olsa da, Abusət Əliyevin axtarışları davam etdirilir.

Qonşuların bildirdiyinə görə, o, həyətdən maşınla sürətlə çıxıb. Onlar əraziyə çatanda artıq maşının batdığını görüblər. A.Əliyevə kömək etmək istəsələr də, avtomobilin içərisində heç kəsi tapmayıblar.

Qonşuların sözlərinə görə, səhər saatlarında kanala düşən maşını çıxarıblar, amma A.Əliyev orada olmayıb

Bənzər yazılar

0.10983800888062