Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına dekabr ayında növbəti dəfə baş çəkiblər.
"Report.az" xəbər verir ki, BQXK əməkdaşları saxlanılan şəxslərlə təkbətək görüşlər keçiriblər və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.