“Məlum olduğu kimi, Azərbaycana tikinti materialları əsasən, xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Rusiyadan ölkəyə armatur, metal konstruksiya və taxta məhsulları gəlir.
Ukraynadan əsasən, artmatur, metal konstruksiya, alüminium və digər məmulatlar gətirilirdi. Lakin müharibə səbəbindən bu idxal dayandırılıb. Bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur. Bu, əsasən, taxta materiallarında özünü göstərir.
Azərbaycan tikinti materialları məsələsində də idxaldan asılıdır. Məhz buna görə də xaricdə bahalaşma olan kimi ölkə daxilində də qiymət artır: Həmçinin tikinti materiallarının həm istehsalında, həm də daşınmasında dizel yanacağının rolu böyükdür. Zamanla bu artımlar davam edəcək. Ucuzlaşma olmayacaq”.