Məzahir Pənahovdan seçki komissiyalarına xəbərdarlıq

 08-08-2024
Məntəqə seçki komissiyaları təşkilatçıdır, onlar özlərini seçkinin sahibi hesab etməsinlər.
 
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
 
O qeyd edib ki, seçkilərdə seçki məntəqəsinin sahibi seçicilərdir: "Seçici səs vermək üçün məntəqəyə gəlir və ona görə də hər şey şəffaf təşkil edilməlidir”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov onu da deyib ki, növbədənkənar parlament seçkilərində 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

 

Bənzər yazılar

0.058684110641479