Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazi olduğu deyilən şəxslə bağlı məlumat yaydı

 08-08-2024

Sosial şəbəkə səhifələrində görüntüləri yayılann Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli Sadıqov Hüseyn Əlağa oğlu müharibə iştirakçısı deyil.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov məlumat yayıb.

O bildirib ki, həmin şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd etdikləri də yanlışdır.

“Belə ki, Hərbi-Həkim Komissiyasının Sadıqov Hüseyn Əlağa oğlu ilə bağlı 13 sentyabr 2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub.

Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb.

Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir”.

Bənzər yazılar

0.10809898376465