“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup hərbçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Apa.az xəbər verir ki, bu gün Bakı Apelyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə verilmiş apelliyasiya şikayətinə baxılıb.
Məhkəməyə apellyasiya şikayəti təmin edilməyib, bundan öncəki qərar qüvvədə qalıb.
Bundan əvvəlki məhkəmə prosesindəki hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.