Taleh Qaraşov özünə yeni müavin təyin etdi

 03-08-2024
Lənkəran şəhər İcra Hakimiyyətinin Aparatında kadr dəyişiklikləri olub. 
 
Qaynarinfo.az-nun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Emin Rzaqulu oğlu Quliyev vəzifəsindən azad edilib. 
 
Emin Quliyev icra başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub. 
 
Bundan başqa Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəmil Habil oğlu Məmmədzadə vəzifəsindən azad edilib. O başqa bir qurumda fəaliyyətə başlayıb. 
 
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini - dini qurumlarla işin təşkilatçısı Cavad Mircəfər oğlu Miriyev də vəzifəsindən azad olunub. 
 
Bu barədə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb. 

Bənzər yazılar

0.059627056121826