Şəhid anası vəfat etdi

 03-08-2024

Vətən müharibəsi şəhidi Kamal Babayevin anası dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, şəhidin anası Lalə Babayeva İsmayıllı rayonunun Xanagah kəndində xəstəlik səbəbindən vəfat edib.
 
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamal Babayev 2020-ci il noyabrın 5-də Şuşa döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bənzər yazılar

0.062885999679565