Qəzada həyatını itirən 18 yaşlı Məryəmin FOTOSU

 03-08-2024

Xəbər verdiyimiz kimi, dünən Bakı-Sumqayıt yolunun Ceyranbatandan keçən hissəsində iki avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəzada həyatını itirən 18 yaşlı Məryəm Ağayeva ali məktəblərin birinin tələbəsi imiş. O, hadisə yerində dünyasını dəyişib.

Hadisə nəticəsində daha 18 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. 

M.Ağayevanın fotosunu təqdim edirik:

Bənzər yazılar

0.18005895614624