AAYDA-nın idarəsi külli miqdarda cərimələnir

 02-08-2024
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "1 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.
 
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə irəli sürülüb.
 
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
 
İşə 15.08.2024-cü il tarixində Xızı Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə baxılacaq. 

Bənzər yazılar

0.060432910919189