Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi - 8 Noyabr prospekti ilə təşkil ediləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləridir. Belə ki, sabahdan 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinə qədər - Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Bundan başqa, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust 2024-cü il tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.
Bildirilib ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 199 və M8 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.