Rusiyalı senatorun saxlanılmasının TƏFƏRRÜATI: Tərəfdaşının qətlini sifariş edib

 02-08-2024

Rusiyalı senator Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.

Oxu.Az-ın "Kommersant"a istinadən məlumata görə, o, qətlin təşkilində iştirakda şübhəli bilinib.

Bundan əvvəl isə baş prokuror İqor Krasnov Federasiya Şurasına senator Savelyevin toxunulmazlığının ləğv edilməsi xahişi ilə müraciət ünvanlayıb. Federasiya Şurası razılıq verib, beləliklə siyasətçi iclasdan çıxarkən saxlanılıb.

Rusiya İstintaq Komitəsi hesab edir ki, Dmitri Savelyev özünə məxsus olan şirkətlərin vəsaitlərini mənimsəməkdə günahlandırdığı İonov soyadlı tərəfdaşının qətlini sifariş edib.

Məlumata görə, o, icraçı kimi Federal Cəzaçəkmə Xidmətinin keçmiş əməkdaşını tapıb. Killer sifarişi 100 min dollar müqabilində yerinə yetirməyə razılaşıb, lakin sonradan fikrini dəyişib və Federal Təhlükəsizlik Xidmətinə gedib.

Beləliklə, İonovun qətli səhnələşdirilib - Savelyevə təcili yardım çağırışı kartı və tərəfdaşının ölümü haqqında sənəd göstərilib. Killer pulu aldıqdan sonra (valyutanı senatorun köməkçisi dəyişib) sxemin bütün iştirakçıları saxlanılıblar.

Savelyev Federasiya Şurasının iclasından çıxarkən saxlanılıb.

Qeyd edilir ki, Dmitri Savelyev 2016-cı ildən şuranın üzvüdür. O, parlamentin yuxarı palatasında Tula vilayətini təmsil edir. Onun səlahiyyətləri sentyabrda başa çatır.

Federasiya Şurasına gəlməzdən əvvəl Savelyev 17 il Dövlət Dumasının deputatı olub.

 

Bənzər yazılar

0.064275979995728