Hillari Klinton Venesiya Film Festivalında göründüyü üçün TƏNQİD OLUNUB

 03-09-2022

Sosial şəbəkə istifadəçiləri Hillari Klintonun Venesiya Film Festivalında “”ya çıxmasına xoş qarşılamayıblar.

Qeyd edək ki, Klinton rejissor Noa Baumbaxın çəkdiyi “Ağ küy” (“White Noise”) filminin premyerasında fotoqraflara poza verib. O, adətən tədbirlərə qatıldığı şalvar kostyumunda deyil, mavi kaftanda və səndəldə olub.

ABŞ prezidentliyinə namizəd, keçmiş birinci xanım və ABŞ-ın sabiq dövlət katibinin Venesiya Film Festivalında görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qlobal evsizlik və ölüm hallarının hökm sürdüyü bir dövrdə tamamilə lüzumsuzdur”, “Hillari Klinton Indiewire (film haqqında veb-sayt) üçün Venesiya Film Festivalını işıqlandırır?”, “Hillari Klinton heç bir səbəb olmadan Venesiya Film Festivalında görünməz”, - deyə istifadəçilər şərh ediblər.

Belə bir fərziyyə dəirəli sürülüb ki, Klinton onun haqqında çəkilən və “Netflix”də nümayiş etdiriləcək “Onun Əllərində” sənədli filminin premyerasından əvvəl ictimaiyyət arasında görünüb.

 

The New York Post

Bənzər yazılar

0.21192002296448